Dekabrın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-4° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət 85-95 faiz olacaqdır.
Gecə və səhər yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında
Bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-8° şaxta, bəzi yerlərdə 14°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 18-23° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında soyuq, qeyri-sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaqdır.