Dekabrın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-2°, gündüz 3-6° isti, Bakıda gecə 0-2°, gündüz 3-5° isti olacaqdır.
Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gecə və səhər qar yağacaq, gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 6-11° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 1-6° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gecə və səhər qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Temperatur gecə 10-15° şaxta, gündüz 0-5° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın gecə və səhər yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
gecə və səhər qar yağacaq, gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 18-23° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
gecə və səhər havanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Temperaturun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava arabir yağıntılı olacaqdır. Dağlarda duman olacağı ehtimalı vardır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.