Dekabrın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu havanın üstünlük təşkil edəcəyi, səhər və axşam yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir.
Temperatur gecə 0°-yə yaxın, gündüz 1-4° isti olacaqdır.
Bakıda gecə 0°-yə yaxın, gündüz 1-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 770 millimetr civə sütunu təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı ehtimalı vardır.
Temperaturun gecə 8-13 ° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimal edilir.
Temperaturun gecə 3° şaxatadan 2°-dək isti, gündüz 2 -6° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20°, gündüz 1-6° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimalı vardır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 1-3° isti, gündüz 3-7° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]