Dekabrın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Temperatur gecə 0°-yə yaxın, gündüz 2-5° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 763 millimetr civə sütunundan 774 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur.
Temperatur gecə 5-10° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacaqdır.
Temperatur gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,Füzuli və Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacaqdır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 1-5° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
arabir qar yağacağı gözlənilir.
Temperaturun 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti,
dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə gecə 18-23° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacaqdır.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimalı vardır.
Temperatur gecə 3° şaxtadan 2°-dək şaxta, gündüz 2-5° isti,
dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaqdır.