Dekabrın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində qar yağacağı ehtimalı vardır.
Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 777 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə arabir qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı vardır.
Temperaturun gecə 7-12° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə arabir qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər,
Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
Havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə arabir qar yağacağı ehtimalı vardır. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
Arabir qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
Havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
Havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, dağlarda duman olacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.