Dekabrın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağıntılı olacağı, sulu qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-2° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 778 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, axşam bəzi yerlərdə qar yağacaq, arabir duman olacaqdır.
Temperaturun gecə 8-13° şaxta, bəzi yerlərdə 16°-dək şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Axşam bəzi yerlərdə qar yağacağı, arabir duman olacağı ehtimalı vardır.
Temperatur gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə az yağıntılı olacaqdır. Səhər saatlarında duman olacağı ehtimal olunur.
Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir qar yağacaq, ayrı -ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı vardır.
Temperatur gecə 0-2° isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 17-də Abşeron yarımadasında soyuq diskomfort şəraitin gözlənilməsinə baxmayaraq, havanın oksigenlə zəngin olması müsbət amildir. Dekabrın 18-19-da meteoroloji amillərin mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.