Dekabrın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 0°-yə yaxın, gündüz 5-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 6-8° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 772 millimetr civə sütunundan 775 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman duman olacağı ehtimalı vardır.
Temperatur gecə 7-12° şaxta, gündüz 0-5° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.
Temperaturun gecə 2-7° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olaacqdır.
Temperaturun gecə 4-9° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, yüksək dağlıq ərazilərdə gecə 15-18° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı ehtimal olunur.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti,
dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti i olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.