Dekabrın 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
arabir yağıntılı olacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla qarışıq yağacağı ehtimal olunur.
Temperatur gecə 0-3°, gündüz 3-6° isti olacaqdır.
Bakıda gecə 1-3°, gündüz 4- 6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi ehtimal edilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 7-12 ° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
fasilələrlə qar yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-4° şaxta, gündüz 0- 5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəkdir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlarda qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 2-4° isti, gündüz 5-7° isti,
dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.