Dekabrın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, 24-dən 25-nə keçən gecə yarımadanın nisbətən yüksək ərazilərində qar yağacağı gözlənilir.
Temperatur gecə 1° istidən 1°-dək şaxta, gündüz 1-3° isti təşkil edəcəkdir. Bakıda gecə 1° istidən 1°-dək şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 764 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-3° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,
Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 3° istidən 1°-dək şaxta, dağlarda gecə 6-11° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yaрacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3° istidən 2°-dək şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran, Astara rayonlarında
havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-3° isti, gündüz 3-7° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 24-25-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin yaratdığı soyuq diskonfort hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.