Dekabrın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 25-dən 26-na keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı vardır.
Temperatur gecə 2° şaxtadan 1°-dək isti, gündüz 2-6° isti olacaqdır.
Bakıda gecə 1° şaxtadan 1°-dək isti, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 777 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
gecə və səhər bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaqdır.
Temperaturun gecə 6-11° şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və səhər əsasən bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
bəzi yerlərdə yağıntılı olacağı, dağlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-3° isti, gündüz 4-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.