Dekabrın 27-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz, axşam bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 1-4° isti, gündüz 5-10° isti olacaqdır.
Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 768 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9° şaxta, gündüz 2-7° isti, bəzi yerlərdə 10° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 6-11° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2° şaxtadan 3° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcək, gecə və gündüz dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-3° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.