Dekabrın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-4° isti, gündüz 7-11° isti olacaqdır.
Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8°, bəzi yerlərdə 12°-dək şaxta, gündüz 2-7°, bəzi yerlərdə 10°-dək isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-8° şaxta, bəzi yerlərdə 12° şaxta, gündüz 2-7° isti, bəzi yerlərdə 10° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-4° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-3° isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 28-29-da nisbətən sabit hava şəraiti, biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.