Dekabrın 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur. Gecə və səhər duman, axşam yağıntılı olacağı, sulu qar, gecəyə doğru yarımadanın bəzi yerlərində qara keçəcəyi gözlənilir.
Temperatur gecə 0-2° isti, günün birinci yarısında 5-7°, axşama doğru 2°-yə yaxın isti olacaqdır.
Bakıda gecə 0-2° isti, günün birinci yarısında 5-7°, axşama doğru 2°-yə yaxın isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən,Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir qar yağacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 11-15° şaxta, gündüz 1-6° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
gündüzdən başlayaraq havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gündüzdən başlayaraq havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlarda qar yağacağı gözlənilir.
Temperaturun gecə 4° şaxtadan 1° isti, gündüz 2-7° isti, dağlarda gecə 4-7° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.