CƏMİYYƏT
Dekabrın 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
dekabrın 5-dən 6-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 6-9°, gündüz 10-14° isti, Bakıda gecə 6-8°, gündüz 11-13° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
yağış yağacağı, gecə sulu qara keçəcəyi gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə yağış yağacaq, gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,
Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
havan yağıntılı olacaq, gündüz yağıntı tədricən kəsiləcəkdir.
Temperatur gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 2-7° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 2-7°, gündüz 10-15° isti olacaqdır.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə yağış yağacaq, gündüz tədricən kəsiləcək, hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 6-10°, gündüz 10-14° isti, dağlarda gecə 0-4° isti, gündüz 6-10° isti olacağı gözlənilir.