Dekabrın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaqdır.
Temperaturun gecə 7-10°, gündüz 11-16° isti, Bakıda gecə 8-10°, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 90-98, gündüz 70-80 faiz təşkil təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır.
Temperaturun gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman və çiskin olacaqdır.
Temperatur gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 8-13° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, arabir duman olacaqdır.
Temperaturu gecə 2-7°, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcək, dağlarda duman olacaqdır.
Temperaturun gecə 6-10°, gündüz 12-16° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 7-8-də Abşeron yarımadasında nisbətən mülayim və sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 9-da arabir güclənən xəzri küləyinin yaratdığı diskomfort şərait əksər meteohəssas insanlar üçün əlverişsizdir.