Dələduzluq edənlər saxlanılıblar
Bakı, 11 fevral, AZƏRTAC
Paytaxtın müxtəlif rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda vətəndaşların ümumilikdə 38 min manatının və bir mobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyininmətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən S.Mahmudov da tutulub.
Araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:54]
Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]