DƏLƏDUZLUQLA MƏŞĞUL OLAN İKİ NƏFƏR YAXALANMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci bölməsinin əməkdaşları bu ilin avqust, sentyabr, oktyabr aylarında Bakı şəhər sakinləri Vüqar Cəfərov, Əliağa Əhmədli, Emin Əliyev və Elvin Sadıqovun etimadlarını qazanaraq işə düzəltmək adı ilə onların birincisindən 3000, ikincisindən 4000, üçüncüsündən 3000 və sonuncusundan 600 ABŞ dolları almış Bakı şəhər sakini Tamerlan Talıbovu və cari ilin yanvar və aprel aylarında Bakı şəhər sakinləri Rəfiqə İsmayılova, Fatma Paşayeva və Güllü Nəsirovanın etimadlarını qazanaraq onlardan şərikli ticarət yaradacağı adı ilə müvafiq olaraq 25000, 22000 və 10000 ABŞ dolları məbləğində pullarını almış Bakı şəhər sakini Elmira Abbasovanı tutmuşlar.
Faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]