“DELOİTTE” ŞİRKƏTİ AZƏRBAYCANDA FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
2004-cü ildə ümumi gəliri 5,9 milyard dollara çatan və dünyanın, demək olar, bütün ölkələrində yerli firmalardan ibarət şirkətlər yaratmış “Deloitte” Azərbaycanda da fəaliyyətini xeyli genişləndirir.
Şirkətdən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, “Deloitte” ölkəmizdə audit və mühasibat uçotu, konsaltinq, maliyyə məsləhəti, vergi və hüquq xidmətləri üzrə fəaliyyət göstərir. Burada peşəkar və yerli bazarda təcrübəsi olan mütəxəssislər çalışırlar. Dünyanın üç ən iri konsaltinq şirkətlərindən biri olan “Deloitte” Azərbaycanda milli və beynəlxalq müştərilərə peşəkar xidmət göstərən qabaqcıl quruma çevrilməkdədir.