Dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri necədir? - YENİLƏNİB VİDEO
Saatlı, 18 dekabr, A.Yavərzadə, AZƏRTAC
Saatlıda mikroavtobusda dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri stabildir.
Saatlı rayon xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tibb müəssisəsinə zəhərlənmə diaqnozu ilə 1 müəllim və 8 şagird daxil olub. Onlar müayinədən keçirilib, ilkin tibbi yardım göstərilib. Hazırda özlərini yaxşı hiss edirlər, vəziyyətləri stabildir.
12:52
Saatlıda məktəblilər mikroavtobusda dəm qazından zəhərləniblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən məktəblilər Saatlı Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.