DƏMİRYOLÇULARIN HƏMKARLAR İTTİFAQLARININ PLENUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqları Respublika Komitəsinin növbəti plenumu keçirilmişdir. Plenumda Dövlət Dəmir Yolu İdarəsinin tabeliyində olan müəssisə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinin icrası vəziyyəti müzakirə olunmuşdur.
Çıxış edənlər son illər dəmiryolçuların sosial-iqtisadi mənafelərinin müdafiəsi baxımından həmkarlar ittifaqlarının tələb olunan təşkilatı işlər görməsindən danışmışlar. Qeyd olunmuşdur ki, yerli həmkarlar ittifaqları ayri-ayri müəssisə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinin pozulması hallarının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər görürlər.
Tədbirdə təşkilati və digər cari məsələlər də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]