Demokratlar ABŞ ailələrində hər uşağa ildə 3600 dollar maliyyə yardımı ayırmağa hazırlaşırlar
Vaşinqton, 9 fevral, AZƏRTAC
Demokratların ABŞ Konqresinə təqdim etdikləri yeni qanun layihəsinə əsasən, Prezident Co Baydenin 1,9 trilyon dollar məbləğində iqtisadi yardım paketi çərçivəsində hər uşağa ildə 3600 dollar yardım ayrılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, 28 səhifəlik qanun layihəsi qəbul edilərsə, 6 yaşa qədər hər uşaq üçün ildə 3600 dollar, 6 yaşdan 17 yaşa qədər hər uşaq üçün ildə 3000 dollar yardım ayrılacaq.
İllik qazancı 75 mindən dollardan çox olan tək valideynlər və ildə 150 min dollardan çox qazanan cütlüklər üçün müavinət azaldılacaq.
Əgər Konqres bu qanun layihəsini bəyənərsə, yardım ödənişi iyul ayında başlanacaq və bir il davam edəcək.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]