Dendrologiya İnstitutunda aparılan elmi-tədqiqat işlərinin nəticələri müzakirə olunub
Bakı, 16 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda 2023-cü ildə aparılan elmi-tədqiqat işləri və alınan nəticələrə həsr olunmuş iclas keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda il ərzində müəssisənin şöbə və laboratoriyalarında yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrinə dair müzakirələr aparılıb.
İnstitutda fəaliyyət göstərən 8 laboratoriya və 7 şöbənin müdirləri elmi və elmi-pedaqoji fəaliyyət, kadr hazırlığı, nəşr işləri, ezamiyyə və monitorinqlər haqqında məlumat veriblər. Həmçinin tədqiqat işləri və mövcud problemlərlə bağlı fikir mübadiləsi aparılıb.