ORDU
“Dəniz Kuboku-2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş olub
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2018” müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müsabiqənin növbəti dəfə ölkəmizdə təşkilinin əhəmiyyəti vurğulanıb, hazırlıqla bağlı planlaşdırılan məsələlər, görüləcək işlər müzakirə edilib və yarışların keçirilməsi üçün hazırlanan infrastruktura baxış keçirilib.