Deputat: 35 ildir doğulduğum torpaqlardan uzaq düşmüşəm
Bakı, 5 dekabr, AZƏRTAC
Qərbi Azərbaycan İcması tərəfindən Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans çərçivəsində İcma sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən dekabrın 5-də Beynəlxalq İranşünaslıq Mərkəzinin Tədqiqat üzrə direktoru, istefada olan general-mayor Əhməd Əl-Maimoni ilə görüşüb.
R.Həsən İcmanın əksər üzvləri kimi, özünün də doğulduğu torpaqlardan uzaq düşdüyünü və 35 ildir yaxınlarının məzarını belə ziyarət edə bilmədiyini diqqətə çatdırıb. O, yüz minlərlə Qərbi azərbaycanlının bu taleyi paylaşdığını vurğulayıb.
Əhməd Əl-Maimoni isə bunun insanlıq əleyhinə cinayət olduğunu bildirib, bu haqsızlığın aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]