Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir

Deputat: Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir

Bakı, 4 dekabr, AZƏRTAC

Artıq tarixə qovuşan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 30 il ərzində dünyanın, xüsusilə Avropanın siyasi gündəmində dayanan ən uzunömürlü və həllinin heç də asan olmadığı iddia edilən bir münaqişə oldu. Keçirilən yüksək səviyyəli görüşlərdən və müzakirələrdən, səsləndirilən bəyanatlardan belə başa düşülürdü ki, dünya birliyinin, o cümlədən ATƏT-in Minsk qrupunun məqsədi bölgədə sülhə nail olmaq idi, amma nədənsə 30 ildir ki, bu səylər heç bir nəticə vermirdi. Nəhayət, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla münaqişə tərəfləri arasında sülh əldə olundu. Bu sülh, ilk növbədə, münaqişə tərəflərini qane etsə də, nə qədər təəccüblü görünsə də, ondan narazı qalan üçüncü tərəflər də oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat qeyd edib ki, ilk narazılıq Emmanuel Makronun işğalçını dəstəkləyən çıxışında özünü büruzə verdi. Daha sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı Fransa Senatında qəbul olunmuş qərəzli qətnamə həm ölkə daxilində, həm də beynəlxalq mediada heç də birmənalı qarşılanmadı və anlaşılmaz vəziyyət yaratdı. Vəziyyətin anlaşılmazlığı isə Minsk qrupunun həmsədrləri kimi Fransanın və ABŞ-ın tənzimləmə proseslərindən kənarda qalması və məhz Rusiyanın dəstəyi və Türkiyə ilə birgə səyləri nəticəsində bölgədə hərbi əməliyyatlara son qoyulmasını Makronun heç cür həzm edə bilməməsi ilə bağlıdır. Qətnamə layihəsinin hakim partiyanın təmsilçiləri tərəfindən irəli sürülməsi də partiya lideri Makronu Minsk qrupu prosesində düşdüyü “outside” vəziyyətindən çıxarmaq cəhdi kimi qiymətləndirilə bilər.

Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzası ilə əldə olunmuş real sülhə qarşı çıxmaq heç bir baxımdan məntiqli görünmür. Çünki bu Bəyanat sülhə nail olmaq istiqamətində 30 il ərzində qazanılmış ilk böyük qələbədir, lakin bu Fransanın iştirakı olmadan əldə olunub. İndi sülhün əldə olunmasına hansısa bir şəkildə öz adını yazdırmaq cəhdləri Fransanı nə yolla olur olsun Minsk qrupunun fəaliyyətinin bərpasına vadar edir. Minsk qrupunun görəcəyi bir işin qalmadığı da göz önündədir. Belə olan halda sülh prosesini əngəlləmək və uzatmaq üçün Ermənistan dəst-xətti ilə “Türkiyə hərbçiləri” və “Suriya muzdluları” kimi saxta və yalan məlumatlar əsasında yeni problemlər yaratmaqdan başqa Fransanın çarəsi qalmır. Məhz bu uydurma iddialar da Senatın Qətnaməsində öz əksini tapıb.

Senatın ardınca digər Avropa ölkələrinin liberallarını təmsil edən siyasi partiyalar tərəfindən oxşar qətnamə layihələrinin irəli sürülməsi də münaqişənin başa çatmasında Fransanın maraqlı olmadığını və Avropa miqyasında bu sülhə mane olmaq cəhdlərini göstərir. Lakin digər Avropa ölkələrinin parlamentlərində Fransanın siyasi xətti dəstək qazana bilmir. Almaniya, İtaliya və Niderland parlamentlərində analoji müzakirələr və qəbul olunmuş qətnamələr yumşaq olmasa da, Azərbaycana və Türkiyəyə qarşı şər-böhtanla dolu olsa da, hər halda Fransa Senatının qəbul etdiyi qətnamənin irəli sürdüyü tələbləri təkrar etmədi. Eyhamı başa düşən Makron və Fransanın bir sıra hökumət rəsmiləri Senatın qətnaməsində təklif olunan addımların atılmasının mümkünsüz olduğunu etiraf etdilər.

Bunlarla yanaşı, Belçika “makronçuları” da son iki ayda bir neçə dəfə oxşar qətnamə layihələrini federal parlamentin beynəlxalq məsələlər komissiyasının müzakirəsinə çıxarıblar. Bu da təsadüfi deyil, bir tərəfdən Belçika Avropada Fransaya ən yaxın olan yeganə fransızdilli ölkədir, digər tərəfdən, hazırda Belçikada hakimiyyətdə olan siyasi qüvvələr məhz Makron partiyasının tərəfdaşları olan liberallardır.

14 oktyabrda müzakirə edilən qətnamə layihəsində Azərbaycandan hərbi əməliyyatların dərhal dayandırılması və geri çəkilməsi tələb olunur, Azərbaycana və Türkiyəyə qarşı sanksiyalar tətbiq olunması haqqında tələblər irəli sürülürdü.

18 noyabr qətnamə layihəsinin müəllifləri isə bir qədər də irəli gedərək Parisdə olduğu kimi, Brüsseldə də qondarma “Dağlıq Qarabağ respublikası”nın diplomatik nümayəndəliyinin yaradılmasını tələb edirdilər. Qətnamə layihəsinin təşəbbüsçülərinin bu mövqeyi yeni deyil. Onlar özlərinin separatçılıq mövqeyinə uyğun olaraq əvvəllər də beynəlxalq birlik tərəfindən tanınmamış digər qeyri-qanuni qurumların tanınması təşəbbüsü ilə çıxışlar ediblər.

Hər iki qətnamə layihəsinin müəllifləri arasında Qarabağ ərazisinə qanunsuz səfərlər etmiş və adları Azərbaycan XİN-in qara siyahısında yer alan, anti-Azərbaycan fəaliyyəti üçün Belçikada kök salmış erməni lobbisindən maliyyə dəstəyi alan korrupsiyalaşmış siyasətçilər var. Qətnamə layihəsində yer alan “Türkiyənin və xarici muzdluların dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağa təcavüzü” kimi ifadələr isə ermənilərin saxtakar qara təbliğatını təkrarlayır və mətnin erməni lobbisinin diktəsi ilə yazıldığını aydın göstərir.

14 oktyabr və 18 noyabr qətnamə layihələri Belçika parlamentinin beynəlxalq məsələlər komissiyasında müzakirə olunaraq rədd edilib. Buna baxmayaraq, sadəcə, bu layihələrin komissiyada müzakirəyə çıxarılması faktı yalançı erməni siyasətçiləri tərəfindən guya Azərbaycanı təcavüzkar kimi tanıyan və qondarma rejimin “legitimliyini” tanıyan sənəd kimi Ermənistan mediasında bu günlərədək təbliğ olunurdu.

Dekabrın 2-də həmin komissiyanın sədri tərəfindən irəli sürülən sayca 3-cü qətnamə layihəsi müzakirə olunub və plenar iclasın müzakirəsinə təqdim olunması haqqında qərar səs çoxluğu ilə qəbul olunub. Komitə sədri özü də Azərbaycanda “persona non-grata” elan olunmuş ermənipərəstdir. Bu layihənin mətnində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə, 30 sentyabr 2020-ci il tarixli BMT TŞ-nın hərbi əməliyyatların dərhal dayandırılmasına və sülh prosesinə qayıtmaq haqqında çağırışına, 6 oktyabr 2020-ci il tarixli BMT Baş katibinin çağırışına, Avropa Şurasının 1 oktyabr tarixli qərarına, Aİ xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin 11 oktyabr 2020-ci il tarixli bəyanatına və Aİ adından 19 noyabr 2020-ci il tarixli bəyanatına, eləcə də 10 noyabr tarixli birgə Bəyanata istinad edərək Azərbaycan hərbi əməliyyatlara başlamaqda günahlandırılır, atəşkəsə əməl olunmasına çağırış edir və bölgədə hələ də davam edən qeyri-sabitlikdən narahatlıq bildirilir. Parlament Belçika hökumətindən beynəlxalq qanunlara hörmət olunmasına nəzarət mexanizmlərini dəstəkləməyi, münaqişədə iştirak edən bütün tərəfləri beynəlxalq humanitar hüquq qaydalarına əməl etməyə çağırmağı və münaqişənin birdəfəlik həlli üçün Minsk qrupunun səylərini dəstəkləməyi tələb edir.

Beynəlxalq komissiyada qəbul olunmuş son qətnamə layihəsi dekabrın 17-də plenar iclasın müzakirəsinə çıxarılacaq və çox güman ki, qəbul olunacaq. Layihənin mətnində erməni təbliğatının Azərbaycana və Türkiyəyə qarşı yaydığı çoxsaylı saxta ittihamlar yer alsa da, qondarma rejimin tanınması və Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı heç bir təklif irəli sürülmür və bu baxımdan Fransa Senatının qəbul etdiyi qətnamənin əsas ideyasını dəstəkləməkdən uzaqdır. Beləliklə, bu günədək Fransa Senatı tərəfindən irəli sürülmüş təşəbbüsün Avropa siyasi məkanında dəstəklənmədiyini, Fransanın öz məntiqsiz təşəbbüslərində növbəti dəfə təkləndiyini görürük.

Bu, Makron hakimiyyətə gəldikdən sonra Fransa siyasətinin birinci məğlubiyyəti deyil. Bundan əvvəl də Fransa xarici siyasətinin Suriyada, Liviyada, Livanda və Şərqi Aralıq dənizində iflasa uğraması, Türkiyə, ABŞ və NATO ilə münasibətlərdə dəfələrlə qalmaqallar yaşanması bu ölkənin beynəlxalq qanunlara zidd addımlarının və siyasi məntiqə sığmayan təşəbbüslərinin lideri olmağa iddia etdiyi Avropanın özündə də qəbul olunmadığını göstərir. Növbəti dəfə Fransa siyasətinin özünə ən yaxın ölkələrdən birində - Belçikada dəstəklənməməsi Fransanın beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə uyğun siyasət aparmadığını və bu səbəbdən beynəlxalq siyasət meydanında getdikcə nüfuzdan düşməsini nümayiş etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər