DƏRMAN PREPARATLARINI SƏRHƏDDƏN KEÇİRƏ BİLMƏDİ
AZƏRTAC xəbər verir ki, İran vətəndaşı Yaqub Musa oğlu Əsədi piyada Azərbaycana gələrkən Astara gömrükxanasında saxlanılmış və nəzarətdən keçirilmişdir. Baxış zamanı Yaqub Əsədiyə məxsus iki ədəd qara rəngli əl çantasından bəyannamədə göstərilməyən dərman preparatları aşkar edilmişdir.
Fakt üzrə təhqiqat aparılır.