DİM noyabr ayında göstərdiyi xidmətlərin statistikasını açıqlayıb
Bakı, 4 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabr ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, noyabr ayında keçirilmiş imtahanlarda 6581 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 76 min 945 olub. Noyabr ayı ərzində 1409 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 202 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 6456, elektron poçt vasitəsilə 1800-ə yaxın, sosial şəbəkələr vasitəsilə 2000-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 2127 olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:30]
Mərkəzi Elmi Kitabxanada professor Asif Rüstəmlinin kolleksiyası yaradılıb
- 06.10.2026 [15:44]