DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bakı, 14 mart, AZƏRTAC
Martın 13-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarılan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:29]