DİN: Ötən iki gündə 31,5 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 13-14-də polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 31,5 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 28 kiloqram 690 qram marixuana, 2 kiloqram 435 qram heroin və 422 qram metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.