DİNARA GİMATOVA “SANKT-PETERBURQ İNCİLƏRİ”NƏ LAYİQ GÖRÜLDÜ
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, Bakıda Dünya kuboku uğrunda mərhələ yarışlarındakı bürünc mükafatdan sonra Dinaranın cari ildə ikinci medalıdır. İyunun 4-6-da Kiyevdə keçiriləcək Avropa çempionatı Afina Olimpiadasının gələcək iştirakçısı üçün növbəti start olacaqdır.
Mətbuat xidmətindən həmçinin bildirmişlər ki, yeniyetmələrin 4-cü Respublika oyunlarının final mərhələsi çərçivəsində mayın 17-18-də bədii gimnastika turniri keçiriləcəkdir. Yarışlarda 14 idman ustası mübarizə aparacaqdır.