DİPLOMATİK XİDMƏTDƏ KADRLARIN PEŞƏKARLIĞI ARTIRILIR
Xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a demişdir ki, diplomatik xidmət orqanlarının sisteminə rəhbərliyin və nəzarətin lazımi səviyyədə təşkili məqsədi ilə onların işinin uzunmüddətli planlaşdırılması və müvafiq hesabatların təqdim olunması təmin edilmişdir. Diplomatik xidməti layiqli kadrlarla təmin etmək məqsədi ilə iki dəfə müsabiqə əsasında diplomatik xidmətə qəbul keçirilmişdir. Mövcud kadrlarımızın peşəkarlığının artırılması məqsədi ilə nazirlikdə təlim və ixtisasartırma kursları təşkil olunmuşdur.
Nazirliyin strukturunun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. Ötən ikiillik müddət ərzində nazirliyin Kollegiyası və bir sıra yeni struktur bölmələri yaradılmış, nazirliyin Diplomatik Akademiyası təsis edilmişdir. Belə ki, hazırda XİN-də 21 struktur bölmə (17 idarə, 4 şöbə) fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]