Dmitri Nazarovun komandası mövsümü qələbə ilə başa vurub
Bakı, 16 may, AZƏRTAC
Almaniya 2-ci Bundesliqasında 2021/2022-ci il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” mövsümün sonuncu matçında - 34-cü turda səfərdə Drezden “Dinamo”su ilə qarşılaşıb 1:0 hesabı ilə qalib gəlib.
D.Nazarov bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Otuz dörd oyuna 26 xal toplayan “Ersgebirge” mövsümü 18 kollektiv arasında 17-ci pillədə tamamlayıb və komanda aşağı liqaya yuvarlanıb.
D.Nazarov geridə qalan mövsümdə meydana çıxdığı 30 oyunda 4 qola imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]