Dmitri Peskov: Hazırda Putinin Qərb mediasına müsahibə verməsi məqsədəuyğun deyil
Bakı, 25 sentyabr, AZƏRTAC
Kreml rusofobiya səbəbindən Prezident Vladimir Putinin Qərb mediasına müsahibəsini məqsədəuyğun hesab etmir, lakin gələcəkdə belə bir müsahibənin lazım olacağını düşünür.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizə Vladimir Putindən müsahibə almaq üçün beynəlxalq KİV-dən hər gün onlarla müraciət daxil olur. Hesab edirik ki, belə bir müsahibənin lazım gələcəyi an yetişəcək. Hazırda cəmiyyət ruslara nifrət təbliğatından təsirlənir və çətin ki, kimsə Rusiya Prezidentinin yaranmış vəziyyətlə bağlı təhlilini və gələcəklə bağlı vizyonunu ayıq başla dərk edə bilsin”, - deyə Dmitri Peskov vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə məşhur amerikalı jurnalist Taker Karlson İsveçrənin “Die Weltwoche” nəşri üçün Vladimir Putindən müsahibə almaq istədiyini, lakin ABŞ hökumətinin buna imkan vermədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]