Doktoranturaya xarici dildən imtahan verməmək üçün beynəlxalq dil sertifikatlarının sayı artırılıb
Bakı, 19 aprel, AZƏRTAC
Doktoranturaya xarici dil üzrə qəbul imtahanından azad olunmaq üçün magistrantların malik olduğu beynəlxalq dil sertifikatlarının sayı artırılıb.
AZƏRTAC xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda edilən dəyişiklikdə öz əksini tapıb.
Qərara əsasən, xarici dil üzrə "Cambridge English Qualifications" beynəlxalq dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad edilirlər.
Belə ki, indiyədək xarici dil üzrə yalnız IELTS, TOEFL, TestDaF, DELF, DALF və STANAG beynəlxalq dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurdular.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:16]
Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
- 06.10.2026 [17:45]
BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
- 06.10.2026 [16:30]