Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər
Bakı, 27 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.
AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” nəşrinin mənbələrinə istinadla yaydığı məlumatda məhdudiyyətlərə yeni bank sanksiyalarının daxil edilməyəcəyi, lakin digər variantların müzakirə olunduğu bildirilir. Eyni zamanda qeyd olunur ki, ABŞ Prezidenti sülh danışıqlarından bezib və onlardan imtina etməyi düşünür.
Bir müddət öncə Nyu-Cersi ştatında jurnalistlərə açıqlama verən ABŞ lideri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirdiyini bildirib.
Nəşr qeyd edir ki, ABŞ Prezidenti bundan əvvəl Brüsselin Rusiyaya təzyiq göstərmək və sanksiyaları genişləndirməklə Ukrayna böhranının həlli cəhdlərindən uzaq durmaq niyyətində olduğunu təsdiqləmişdi.
Ötən həftə isə Donald Tramp Almaniya, Fransa, İtaliya, Finlandiya liderləri və Avropa Komissiyasının rəhbəri ilə telefon danışığında Vaşinqtonun Kiyev və Moskva arasında danışıqlara qarışmayacağı barədə xəbərdarlıq etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]