Dörd ayda 127,7 min ton meyvə-tərəvəz ixrac edilib
Bakı, 30 may, AZƏRTAC
Cari ilin dörd ayında 127,7 min ton meyvə-tərəvəz ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 162,6 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 131,5 milyon dollar olmaqla 119,9 min ton meyvə-tərəvəz ixrac edilib.