Dörd şəhərdə istehlakçılara ödənişsiz hüquqi yardım göstərilib
Bakı, 15 mart, AZƏRTAC
15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə istehlakçılara ödənişsiz hüquqi yardım göstərilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən aksiya Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində təşkil edilib. Dövlət Xidməti və Vəkillər Kollegiyasının nümayəndələri istehlakçıların şikayət və təkliflərini dinləyib, onlara müvafiq izahat və tövsiyələr verilib. Vətəndaşlara, həmçinin istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericiliyin tələbləri barədə məlumat verilib, bu hüquqlarının təmin edilməsində Dövlət Xidmətinin, məhkəmələrin və mərkəzi icra hakimiyyəti orqanlarının rolu izah olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:23]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:20]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]