DOST mərkəzlərində avqust ayı ərzində 26 mindən çox vətəndaşa xidmət göstərilib
Bakı, 4 sentyabr, AZƏRTAC
DOST mərkəzlərində avqust ayı ərzində 26 min 154 vətəndaşa xidmət göstərilib.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin 19 min 232-si sosial müdafiə, 4 min 636-sı müavinət, 1759-u sosial xidmət, 1254-ü əlillik və 977-si isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi ilə bağlı olub.
Həmin müddət ərzində mərkəzlərdə 2 min 921 sorğu üzrə elektron ünvanlar vasitəsilə müavinət, pensiya təqaüd və məşğulluğa dair vətəndaş müraciəti cavablandırılıb. 1790 vətəndaşa isə sosial xidmət göstərilib.
Həmçinin son bir ay ərzində 142 Çağrı mərkəzinə daxil olmuş 43 min 325 zəngdən 42 min 156-sı cavablandırılıb.
Avqustda vətəndaşların DOST mərkəzlərindəki xidmətlərdən məmnunluq səviyyəsi 96,75 faiz təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]