DOST xidmətlərinin sayı artaraq 162-yə çatıb
Bakı, 2 yanvar, AZƏRTAC
DOST mərkəzlərində göstərilən xidmətlərin sayı yanvarın 1-dən artaraq 160-dan 162-yə çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən bir sıra qanunvericilik aktlarında dəyişiklik edilməklə, eyni zamanda DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına daha iki xidmət əlavə edilib.
Həmin xidmətlərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ödənişlərinin təyin edilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə arayışlar verilməsi daxildir.
Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir və həmin iki xidmət də DOST mərkəzləri tərəfindən göstəriləcək.
Xatırladaq ki, qanunvericiliyə edilmiş yeni dəyişikliklər dövlət sektoru üzrə işçilərin istehsalat qəzaları, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığortalanması və sığorta ödənişlərinin 2026-cı il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə edilmiş iki xidmət də bununla əlaqədardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [21:00]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [16:31]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [11:52]
Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
- 08.08.2026 [11:41]
FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO
- 08.08.2026 [11:11]
DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]