DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASININ MÜFƏTTİŞLƏRİ MONİTORİNQLƏR APARMIŞLAR
AZƏRTAC xəbər verir ki, Dövlət Dəniz Administrasiyasının müfəttişləri müvafiq yerli orqanlarla birgə Hövsan balıq limanı, Nərimanabad (Lənkəran) və Şimal-Şərqi Bankə limanı və digər məntəqələrdə balıqçı gəmilərinin, gəmiidarəetmənin və liman təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə dair yoxlamalar aparmışlar. Çatışmazlıq və nöqsanların tezliklə aradan qaldırılması üçün müvafiq təbirlər görülmüş, zəruri təlimatlar və tövsiyələr verilmişdir.
Bundan əlavə, yeni yaradılmış qurum tərəfindən hazırlanmış 3 beynəlxalq konvensiya Milli Məclisdə təsdiq olunmuş, “Azərbaycan Respublikasının ərazi sularında və limanlarında dəniz üzgüçülüyünün ümumi qaydaları”nın təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]