Dövlət Dəniz Agentliyinin binasında dezinfeksiya işləri həyata keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
Dövlət Dəniz Agentliyinin inzibati binasında, agentliyin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin, Nəqliyyat və Texniki-Təminat İdarəsinin inzibati binasında dezinfeksiya işləri həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov deyib.
O qeyd edib ki, agentlikdə sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır, əməkdaşlar arasında bu istiqamətdə mütəmadi olaraq profilaktik söhbətlər edilir, maarifləndirmə işləri görülür.