Dövlət Departamenti: Tehranın aktivlərinin transferi İrana qarşı sanksiyaların ləğvi demək deyil
Bakı, 12 sentyabr, AZƏRTAC
Tehranın 6 milyard dollarlıq aktivlərinin transferi İrana qarşı sanksiyaların ləğvinə səbəb olmayacaq.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti bildirib.
Həmçinin qeyd olunub ki, İrana qarşı heç bir sanksiya ləğv edilməyib və bu ölkəyə sanksiya yüngülləşdirilməsi tətbiq olunmayacaq.
Diqqətə çatdırılıb ki, keçən həftə ABŞ dövlət katibi Antoni Blinken məhbus mübadiləsi sazişinin bir hissəsi olaraq İranın dondurulmuş aktivlərinin Cənubi Koreyadan Qətərə köçürülməsinə icazə verib. Bu pullar humanitar məqsədlər üçün istifadə ediləcək.
Dövlət Departamentindən bildirilib ki, bu vəsaitlər birbaşa İrana getməyəcək və aktivlər hesaba köçürüldükdən sonra ABŞ Qətərdə ondan necə və nə vaxt istifadə edildiyini izləyə biləcək.
Qeyd edək ki, Ağ Ev hələ avqustun 10-da Tehranla məhbusların mübadiləsi ilə bağlı razılığa gəldiyini təsdiqləyib. Avqustun 21-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Chafi isə bildirib ki, əsirlərin mübadiləsi və İranın aktivlərinin transferinə dair razılaşmalar iki ay ərzində həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]