Dövlət idarəçiliyi və dövlət qulluğu sistemləri - təlim
Bakı, 8 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Audiovizual Şurasının əməkdaşları üçün “Dövlət idarəçiliyi və dövlət qulluğu sistemləri” mövzusunda təlim keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlim zamanı iştirakçılar DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin əməkdaşları Lalə Qədirova, Elnur Abbasov və Pənah Mehdiyev tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri”, “Dövlətin əsasları (dövlətin quruluşu, dövlət hakimiyyəti, qanunvericilik sistemi)”, “Korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.
Qeyd edək ki, DİM mütəmadi olaraq dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil edir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]
“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib
- 07.10.2026 [16:29]