Dövlət İmtahan Mərkəzi yeni vəsait hazırlayıb
Bakı, 8 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi “Kimya” adlı yeni vəsait hazırlayıb və nəşr edib.
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundan AZƏRTAC-a bildirilib ki, akademik Vaqif Abbasovun elmi redaktorluğu, Mütəllim Abbasov, Vəli Əliyev, Rəna Mustafayeva, Səidə Hüseynova, Afiqə Batıyeva və Telman Güləliyevin həmmüəllifliyi ilə hazırlanan vəsait imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulur. Kitab kimya fənni üzrə məzmun standartlarına uyğun olaraq “Ümumi kimya”, “Qeyri-üzvi kimya” və “Üzvi kimya” hissələrinə ayrılmaqla 31 bölmədən ibarətdir. Hər mövzunun şərhi müxtəlif formalı və tipli tapşırıqlar, həmçinin situasiya tapşırıqları ilə tamamlanır.
Vəsaitin rəyçiləri Əməkdar müəllimlər Rəhimə Xudiyeva, Naibə Ələkbərov, kimya üzrə fəlsəfə doktoru Elşad Abdullayevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:20]
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
- 09.10.2026 [13:17]
AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub
- 09.10.2026 [12:54]
ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?
- 09.10.2026 [12:42]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi
- 09.10.2026 [11:40]