Dövlət Məşğulluq Agentliyi “Communitas Awards” beynəlxalq müsabiqəsində iki mükafata layiq görülüb
Bakı, 2 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ABŞ-ın Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyasının nüfuzlu “Communitas Awards” beynəlxalq müsabiqəsində növbəti uğura imza atıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Agentliyin “Məzunların məşğulluq reytinqi” platforması və peşə hazırlığının təşkili üzrə fəaliyyəti “Məşğulluq xidmətində mükəmməllik” və “Bacarıqlara əsaslanan icma xidmətində liderlik” kateqoriyaları üzrə xüsusi mükafatlara layiq görülüb.
https://enter.amcpros.com/communitas/entry/excellence-in-employment-service/
https://enter.amcpros.com/communitas/entry/leadership-in-skills-based-community-service-2/
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Argentina, Türkiyə, İndoneziya, Vyetnam və s. ölkələrin dövlət və özəl qurumları iştirak edib.
“Communitas Awards” mükafatı müstəsna ictimai xidmət və sosial məsuliyyət nümayiş etdirən fərdləri, təşkilatları, özəl və dövlət qurumlarını təltif edən beynəlxalq proqramdır.
Agentlik ötən il də “Communitas Awards” müsabiqəsində “İctimai xidmətdə liderlik və korporativ sosial məsuliyyət” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:56]
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO
- 07.06.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [16:05]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:41]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:14]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]