CƏMİYYƏT
Dövlət Neft Fondu ölkənin qalıq yanacaqlarının investisiyalardan asılılığını azaltmaqla bağlı strategiya tərtib edib
Bakı, 14 noyabr, AZƏRTAC
Dövlət Neft Fondu olaraq biz milli sərvətlərin idarəedicisi kimi hazırda ümumi dəyəri 61 milyard dollardan çox olan aktivləri idarə edirik. Bu, çox böyük bir məsuliyyətdir. Eyni zamanda, bu, bizə imkan yaradır ki, investisiya strategiyasını dayanıqlı təcrübələrə uyğunlaşdıraq.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində "SOFAZ-ın İnvestisiya Portfelində ESG inteqrasiyası" mövzusunda keçirilən panel tədbirdə deyib.
B. Bəhramov qeyd edib ki, Dövlət Neft Fondunun əsas missiyası ölkəmizin neft və qaz gəlirlərindən əldə edilən sərvətləri indiki və gələcək nəsillərin rifahı üçün qorumaq və artırmaqdır: “Fondumuz ESG (Ətraf mühit, sosial, idarəetmə) mülahizələrini investisiya çərçivəsinə tədricən daxil etmək öhdəliyinə sadiqdir. Azərbaycan dünyada neft ixrac edən ölkə kimi tanınır. Məhz buna görə Dövlət Neft Fondu ölkənin qalıq yanacaqlarının investisiyalardan asılılığını azaltmaqla bağlı strategiya tərtib edib”.