DÖVLƏT NEFT FONDUNUN VALYUTA EHTİYATI 1 MİLYARD 250 MİLYON DOLLARDIR
Azərbaycan Respublikası Dövlət Neft Fondundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2006-cı ildə Fondun büdcə xərcləri 950,3 milyon manat (fondun idarə edilməsi ilə bağlı xərclər istisna olmaqla) təşkil edəcəkdir. Fondun xərcləri “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Milli Məclisdə təsdiq edilmişdir. Gələn il Neft Fondunun büdcəsindən 585 milyon manat dövlət büdcəsinə transfert ediləcəkdir. Bundan başqa, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına 110,3 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 38 milyon manat, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının yaradılmasına 90 milyon manat, Samur-Abşeron su kəmərinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 37 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Fondun 2006-cı ildə idarə edilməsi ilə bağlı xərclər layihəsi Neft Fondunun Müşahidə Şurasında baxıldıqdan sonra təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim ediləcəkdir.
Hazırda Fondun valyuta ehtiyatı 1 milyard 250 milyon dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]