Dövlət peşə təhsili müəssisələri üçün dərsliklər çap olunacaq
Bakı, 2 iyul, AZƏRTAC
2020-2021-ci tədris ilinə dövlət peşə təhsili müəssisələri üçün dərsliklər çap olunması nəzərdə tutulur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu tədris ili üçün peşə təhsili üzrə 96 adda 185 699 nüsxə dərsliyin çapı planlaşdırılır.
Xatırladaq ki, peşə ixtisasları üzrə mövcud dərsliklərin bəzisi e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. Ümumilikdə 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]