Dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala sakini saxlanılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 15-də saat 21:56-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala rayon sakini 1967-ci il təvəllüdlü Mustafayev Eldəniz Aboş oğlu saxlanılıb.
Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
DSX tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:32]
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş olub
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]