DÖVLƏTQAÇQINKOMDA GÖRÜŞ
Görüşdən əvvəl qonaqlar Komitənin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentində əməkdaşlarla söhbət etmişlər.
Əli Həsənov Azərbaycanda fəaliyyət göstərən 70 beynəlxalq humanitar təşkilat içərisində Ali Komissarlığın Bakı ofisinin əhəmiyyətini vurğulamışdır. Onun sözlərinə görə, bu ofis humanitar təşkilatların, bir növ, əlaqələndiricisi rolunu oynayır. Eyni zamanda, Dövlətqaçqınkom əməkdaşlarının beynəlxalq təcrübəyə yiyələnməsində böyük köməyi var.
Antonio Quterreş Azərbaycanda məcburi köçkünlərin problemlərini hökumətin operativ həll etmək istəyini, bu sahədə görülən işləri təqdirəlayiq saymışdır. O demişdir ki, bu baxımdan mövcud vəziyyəti beynəlxalq ictimaiyyətə anlatmağımız çox faydalı olardı. Beynəlxalq ictimaiyyətin problemə münasibəti böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, Azərbaycan hökuməti qayıdışı hazırlamaqla bərabər, məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmağa da səy göstərir. Antonio Quterreş bir daha əmin etmişdir ki. Azərbaycanın qarşılaşdığı problemlərin həllində əlindən gələn köməyi əsirgəməyəcəkdir.
Qonaqlar Komitədə yaradılmış “Heydər Əliyev guşəsi”ndə də olmuş, eksponatlara maraqla tamaşa etmişlər.
Görüşdən xatirə olaraq qonaqlara hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]